Fələstinlilər Trampın "əsrin müqaviləsi" planına etiraz edir

İordan çayının qərb sahili və Qəzza zolağında fələstinlilər Ağ Evin Bəhreyn sammitində irəli sürdüyü iqtisadi təşəbbüs planına etiraz edir.

Multi-milyard dollarlıq "firavanlıq naminə sülh" təklifi Fələstin və onun ərəb qonşularının iqtisadiyyatının inkişafına yardımı nəzərdə tutur.

Biz fələstinlilərə pulları olmadığı üçün iqtisadi dəstək veririk

ABŞ prezidenti Donald Tramp planı "əsrin müqaviləsi" adlandırdığı kürəkəni və müşaviri Cared Kuşner tərəfindən təbliğ edilir.

Ağ Evin veb səhifəsinə yerləşdirilən plan "Fələstin üçün ən əhatəli və ən iddialı beynəlxalq səy" kimi dəyərləndirilir.

"Mənim Fələstin xalqına birbaşa mesajım prezident Trampın və Amerikanın sizdən imtina etmədiyidir. Kuşner bunu Bəhreyn sammitinin açılışında deyib.

Bu yaxınlarda verdiyi müsahibələrin birində Kuşner bildirib ki, plan İordan çayının qərb sahili və Qəzzada milyonlarla yeni iş yeri aça bilər. O, 30 faizlik işsizliyin birrəqəmli göstəriciyə, yoxsulluq səviyyəsinin isə yarıya enə biləcəyinə ümidini ifadə edib.

Planda donor ölkələr və investorların regiona yatıracağı 50 milyard dollarlıq vəsaitin 28 milyardının İsrailin işğalı altında olan İordan çayının qərb sahili və Qəzzaya, 7.5 milyardının İordaniyaya, 9 milyardının Misirə, 6 milyard dolların isə Livana veriləcəyi bildirilir.

Lakin Amerikanın bu maliyyə təşəbbüsündə iştirak edib-etməyəcəyi bəlli deyil. Prezident Tranp bütün imkanların nəzərdən keçiriləcəyinə vəd verib.

Amerikanın Səsinin sualının cavabında prezident Tramp deyib ki, plan fələstinlilərin rifahı üçün olduqca mühümdür.

"Biz fələstinlilərə pulları olmadığı üçün iqtisadi dəstək veririk. Biz Fələstin xalqına maddi yardım göstəməliyik. Çünki onların pulu yoxdur" , Tramp əlavə edib.

ABŞ dövlət başçısı regionun zəngin dövlətlərinin də sülh planında rol oynayacaqlarına ümid etdiyini bildirib.

Manama konfransında nə Fələstin, nə də İsrailin nümayəndə heyəti iştirak edib.

Fələstinlilər plana etiraz edir. Belə ki, onlar iqtisadi inkişafın sülh olmadan baş tutacağına inanmır.

İsrailin reaksiyası isə ilıq olub.

İsrailin baş naziri Benyamin Netanyahu planı ədalətli adlandırıb, fələstinlilərin cavabının isə irəliləyiş yolu olmadığını deyib.

Yaxın Şərq üzrə bəzi təhlilçilər planı "gəlməmişdən ölü", konfransı isə foto-əməliyyat adlandırıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR