Qəzaya düşən rus təyyarəsi tamamilə yanıb

"Qara qutular" ciddi zərər almayıb, onlar deşifrə edilə bilər

Nijneanqarsk yaxınlığında qəzaya uğrayan Rusiyanın An-24 sərnişin təyyarəsinə ciddi ziyan dəyib və nəticədə tamamilə yanıb.

Olaylar.az xəbər verir ki, bu haqda məlumatı "İnterfaks" agentliyi yayıb.

Mənbənin məlumatına görə, təyyarənin ön hissəsi, o cümlədən kabinəsi dağıdılıb, salon isə yanıb.

Buna baxmayaraq, "qara qutular" ciddi zərər almayıb, onlar deşifrə edilə bilər.

Daha əvvəl bildirilmişdi ki, An-24-ün qəzaya uğraması nəticəsində xəsarət alanların sayı 22-yə çatıb, iki pilot həlak olub.

İlkin məlumatlara görə, layner Ulan-Udeyə yola düşüb və havada olarkən mühərriklərdən biri sıradan çıxıb.

Hava gəmisi endikdən sonra uçuş-enmə zolağından kənara çıxıb, qurğulardan birinə çırpılıb və yanmağa başlayıb.

aznews

Rusiyada sərnişin təyyarəsi qəza enişi etdi: 2 ölü, 22 yaralı

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR