Rusiyada sərnişin təyyarəsi qəza enişi etdi: 2 ölü, 22 yaralı

Rusiyada An-24 sərnişin təyyarəsi qəza enişi edib.

Olaylar.az "Report"a istinadən xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Məlumata görə, hadisə Buryatiya Respublikasının şimalında baş verib. Hadisə zamanı2 heyət üzvü ölüb, daha 7 nəfər xəsarət alıb.

Qeyd edilir ki, təyyarədəki 42 nəfər və 1 uşaq xilas edilib. Təyyarə Nijneanqarskdan Ulan-Udeyə uçurmuş. Hava maşını səmada olarkən mühərriklərdən birində nasazlıq ortaya çıxıb.

İlkin məlumata görə, təyyarə uçuş-enmə xəttindən 100 metr kənara çıxıb və təmizləyici qurğuların binası ilə toqquşub. Təyyarə bundan sonra yanmağa başlayıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR