İvanişvili Saakaşvilinin adamını həbs etdirir

Gürcüstan Baş Prokurorluğu Vahid Milli Hərəkat Partiyasının deputatı Nika Meliyaya rəsmi ittiham irəli sürüb.

Baş Prokurorluq Meliyanı Tiflisdə iyunun 20-də baş verən etiraz aksiyalarında mütəşəkkil zorakılıq təşkil etməkdə ittiham edib. Meliya Baş Prokurorluğa çağırılsa da oraya getməyib və onun yerinə ittiham aktı ilə Meliyanın vəkili Georgiya Kondaxaşvili tanış olub.

Bununla belə parlamentdə Meliyanın toxunulmazlığının ləğvi məsələsinin müzakirəyə çıxarılacağı vurğulanıb. Meliya isə iclasda iştirak edəcəyini bildirib.

Gürcüstan Baş naziri Mamuka Baxtadze də Meliyaya qarşı ittihamları dəstəkləyib. O, baş verən provokasiyanın əsas təşkilatçısının Meliya olduğunu bildirib.

Vahid Milli Hərəkatın lideri Qriqol Vaşadze isə baş verənləri bolşevik terroru adlandırıb və hökumətin Meliyadan sonra həbsləri dayandırmayacağını bildirib.

axar

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR