Türkiyə hərbçisi şəhid olub

Suriyanın Afrin bölgəsində Türkiyə hərbçiləri ilə terrorçu PKK qruplaşmalarının silahlıları arasında baş verən atışmada bir əsgər şəhid olub.

Məlumatı "Haberler" yayıb.

Bildirilib ki, Afrinin Kimar hissəsində hərbi bazaya terrorçular hücum edib. Atışma nəticəsində onbaşı Mikail Candan ağır yaralanıb. Həkimlərin yardımına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. M.Candanın cənazəsi Türkiyənin Aksaray bölgəsinə göndərilib. 

Qeyd edək ki, Suriyanın Afrin bölgəsi Türkiyə Silahlı Qüvvələrinin keçirdiyi "Zeytun budağı" antiterror əməliyyatı nəticəsində terrorçulardan təmizlənib.

azadinform

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR