"İsa Peyğəmbəri Cənnətin qapısında gördüm” - Kliniki ölüm keçirən qadın

ABŞ-ın Arizona ştatının Finiksa şəhərində qəribə hadisə baş verib.

Tina Haynes adlı qadının qəflətən ürəyi dayanıb. Bu zaman yanında olan əri təcili yardım çağırıb. Onlar xəstəxana yolunda Tinaya süni nəfəs veriblər. Təcili yardım çox tez gəlsə də, xəstəxanaya gedən yolda altı dəfə onun ürəyi gah dayanıb, gah işləyib. Ümumi olaraq Tina 27 dəqiqə kliniki ölüm keçirib.

Reanimasiyadan sonra qadını palataya köçürüblər və boğazına nəfəsalma borusu taxıblar. Bir müddət sonra Tina ayıldı. Amma o, tibb bacısından bloknot və qələm istəyib. Tina çətinliklə və ərinin köməyi ilə kağıza "bu realdır" yazdı və sonra yuxarı baxaraq Cənnətin mövcudluğuna işarə etdi.

Haynesin ürəyinin dayanması gözlənilməz idi. Çünki qadın heç bir kardioloji xəstəlikdən əziyyət çəkmirdi. O, özünə gələndə kliniki ölüm vaxtı gördüklərindən danışıb:

"Hər şey çox real və rəngarəng idi. Mən sonra bir fiqur gördüm və bu İsa Peyğəmbər idi! O, qara qapıların qarşısında dayanmışdı, arxasında isə parlaq sarı işıq var idi".

Tədqiqatçıların fikrinə görə, kliniki ölüm keçirən insanlar o vaxt ərzində nə baş verdiyini xatırlamırlar. Amma onların bəziləri bəzi qeyri-adi vizual və sensor "ölümöncəsi həyəcan" yaşayırlar. Həkimlərin fikrinə görə isə, ürək dayandıqdan sonra beyin qanla qidalanmır və problem yaranır. Amma bəzi şeyləri bio kimyəvi proseslərlə izah etmək mümkün deyil. 2013-cü ildə Miçiqan universitetinin alimləri siçanlar üzərində təcrübə aparıblar. Alimlər ürəyi dayandırıblar, sonra isə beyinin aktivliyini müşahidə ediblər. Məlum olub ki, ölümdən əvvəl siçanların beynində kəskin aktivlik hiss edilib. Bu aktivlik isə beyinin adi iş vaxtındakı aktivlikdən dəfələrlə çoxdur.

Başqa sözlə, ölümün ilk dəqiqələrində bədən ölsə də, beyin qəflətən aktivlik nümayiş etdirir və çox mürəkkəb düşüncə fəaliyyəti başlayır. Alimlər ehtimal edirlər ki, bu aktivlik kliniki ölüm keçirən insanlarda da baş verir. Amma hələlik elmi olaraq bu, təsdiqlənməyib.

olke

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR