ABŞ-da ilk dəfə olaraq elektron siqaret satışı qadağan olunub

San-Fransisko ABŞ-da bütün elektron siqaret növlərinin qadağan edildiyi ilk şəhər olub.

Bu barədə şəhər şurasının saytı məlumat yayıb.

"San-Fransiskoda heç kim insanlara elektron siqaretlər satmamalı və yaymamalıdır", - deyə şuranın qərarında bildirilir.

Qeyd olunur ki, qərarı pozan şəxs 1000 dollara qədər məbləğdə inzibati cərimə ilə cəzalandırılacaq.

San-Fransisko həm də ABŞ-da marixuananın qanuniləşdirildiyi şəhərlərdən biridir.

Həm də ötən il şəhərdə ətirləndirilmiş tütünün satışı qadağan edilib.

report

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR