Türkiyədə DƏHŞƏTLİ HADİSƏ - 10 ölü, 30 yaralı / VİDEO

Türkiyənin Ədirnə əyalətində ağır yol qəzası baş verib.

Qaçqınların olduğu mikroavtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər həyatını itirib. 30-a qədər yaralı var. Məlumata görə, sürücünün idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq, divara çırpılıb.

Dərhal əraziyə cəlb edilən təcili tibbi yardım briqadaları yaralıları yaxınlıqdakı xəstəxanalara yerləşdirib. Onların hansı ölkənin vətəndaşları olduğu hələ ki məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.

 Redaktor.az

 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR