Aralıq dənizində qorxulu anlar - Kliçko ailəsi ilə yanan yaxtada

Məşhur boksçu Vladimir Kliçko və ailəsi Aralıq dənizində alov tələsinə düşüb.

İspaniyanın İbiza adasından Malyorkaya doğru hərəkət edən gəmidə yanğın başlayıb. Bu zaman yaxta sahildən 11 km aralı olub. İdmançı və onun ailəsini ispan sahil mühafizə xidməti xilas edib. Yaxtada olanlar xilas edilib və Malyorka yanğından mühafizə idarəsi vəziyyəti nəzarətə götürüb.

Yanğın maşın bölməsində başlayıb. Hələlik insidentin səbəbi bilinmir. Yaxta Adriano limanına gətirilib və yanğın söndürülüb. Göyərtədə olan 9 nəfərdən heç kəs xəsarət almayıb.

olke

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR