Vladimir Zelinskinin prezident kimi ilk maaşı nə qədər olub?

Vladimir Zelinskinin Ukrayna prezidenti vəzifəsində ilk maaşı 12,7 min qrivna (483 dollar) təşkil edib.

Bu barədə Ukrayna Prezidenti Administrasiyasına ünvanlanmış sorğunun cavabında deyilir.

Saytda dərc olunan sənədə əsasən, Zelinskiyə prezident postuna yüksəldiyi 2019-cu ilin may ayından bu yana 12 727 qrivna maaş hesablanıb.

Bundan əvvəl Prezidentin İşlər üzrə Dövlət İdarəsi "Ukrainskie novosti" agentliyinin sorğusuna cavab olaraq sabiq dövlət başçısı Petr Poroşenkonun 2018-ci ildə 270,5 min qrivna (9,5 min dollardan çox) maaş aldığını və onu bütünlüklə xeyriyyə fondlarına keçirdiyini bildirmişdi.

sia

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR