“Bu, Saakaşvilinin qayıtması üçün yeganə fürsətdir” – Burcanadzedən şok iddia

"Rusiya-Gürcüstan münasibətlərinin qırılma həddinə çatmasına görə keçmiş prezident Mixail Saakaşvili günahkardır".

Olaylar.az xəbər verir ki, bunu Rusiyada nəşr olunan "İzvestiya" qəzetinə müsahibədə Gürcüstan parlamentinin keçmiş sədri Nina Burcanadze deyib.

Eks-spiker ikitərəfli münasibətlərin yenidən qırılma həddinə gəlib çatdığını bildirib: "Təəssüf ki, münasibətləri qısa vaxtda əvvəlki məcrasına qaytarmaq mümkün deyil".

Burcanadze Gürcüstanda başlayan etiraz aksiyalarının planlaşdırılmış şəkildə anti-Rusiya nümayişlərinə çevrildiyini iddia edib:

"Saakaşvili bu etirazlardan istifadə edərək, Gürcüstan hakimiyyətini sıxışdırmağa çalışacaq. Çünki ölkədə Rusiya əleyhinə baş qaldırmış nümayişlər iqtidara yenidən qayıtmaq üçün yeganə fürsətdir. Saakaşvilinin nəzarət etdiyi insanlar çox aqressivdir, hər şeyi darmadağın edə bilərlər".

Qeyd edək ki, ötən həftənin sonlarından paytaxt Tiflisdə Rusiya və Gürcüstan əleyhinə etiraz aksiyaları başlayıb.

teleqraf

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR