Gürcüstanda daha bir istefa: “Mən burada qala,işləyə bilmərəm”

Gürcüstanda keçirilən etiraz aksiyaları fonunda parlamentin avrointeqrasiya komitəsi sədrinin köməkçisi Marika Kirvalidze  istefa verib. 

O, bu addımı etiraz əlaməti olaraq atıb. 

"Aksiyanı dağıtdıqdan, bizim uşaqlar kor edildikdən sonra mən müvafiq açıqlamalar gözləyirdim. Ancaq onları eşitmədiyimə görə günün ikinci yarısında istefaya qərar verdim. Mən burada qala, işləyə bilmərəm. Aksiyaya çıxmaq, cənab İraklinin istefaya getməsini istəyərdim. Mən gözləyirdim ki, çoxları istefaya gedəcək, vəzifəsindən imtina edəcək, mənim favoritim olan nazir Qaxariyanın istefaya getməsini gözləyirdim. Ancaq bu olmadı və mən istefa verirəm",- deyə o vurğulayıb. 

Xatırladaq ki, Tiflis də daxil olmaqla aksiyaların dağıdılmasında 160 nəfər xəsarət alıb. Onlardan 2 nəfəri gözünü itirib. Həmçinin 80 polis əməkdaşı da xəstəxanaya aparılıb. 

Cebhe.info

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR