ABŞ İrana qarşı sanksiyaları yalnız bu şərtlərlə ləğv edə bilər

ABŞ İrana münasibətdə tətbiq etdiyi sanksiyaları aradan qaldırmağın şərtləri açıqlayıb.

Olaylar.az bildirir ki, ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi olan Brian Hook, İranla yeni müqavilə bağlandığı halda ABŞ tərəfinin sanksiyaları aradan qaldırmağa hazır olduğunu qeyd edib. "Yeni müqavilə nüvə, ballistik raketlər və insan hüquqları məsələlərini əhatə etməlidir", - deyə Hook bildirib. Mütəxəssis əlavə olaraq vurğulayıb ki, yalnız bu hala İrana qarşı tətbiq edilmiş sanksiyalar tam olaraq aradan qaldırılacaq və ölkələr arasındakı diplomatik münasibətlər davam etdiriləcək.

Hal-hazırda isə Hook vurğulayıb ki, Vaşinqton Tehrana iqtisadi təzyiqləri davam etdirir. ABŞ danışıqları mümkün hesab edir. "İran bizimlə necə əlaqə qura biləcəyini bilir", - deyə xüsusi nümayəndə deyib.

Tramp və Putin Yaponiyada görüşəcək

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR