İtaliyalı mafiya başçısı saxlanıldığı həbsxanadan qaçıb

İtaliyanın "Ndrangheta" mafiyasının başçısı Rokko Morabito Uruqvayda saxlanıldığı həbsxanadan qaçıb.
Uruqvay  Daxili İşlər Nazirliyinin verdiyi məlumatda Morabito ilə birlikdə 3 məhbusun da həbsxanadan qaçdığı bildirilib.
Qeyd edək ki, 1994-cü ildən İtaliya tərəfindən beynəlxalq axtarışda olan Morabito 2017-ci ildə Uruqvayın paytaxtı Montevideoda qaldığı oteldə həbs edilmişdi.

yeniavaz

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR