İmamoğlu təcavüz edilən qıza... – Müğənnidən şok paylaşım

Türkiyənin tanınmış müğənnisi Haluk Ləvənt İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə keçirilən seçkinin nəticəsi açıqlanandan sonra Əkrəm İmamoğlu barədə maraqlı xatirəsini bölüşüb.

Olaylar.az xəbər verir ki, ifaçı Tvitter mikrobloqunda İmamoğlu ilə fotosunu paylaşaraq "seçki qurtardı, artıq yaza bilərəm" deyə indiyədək heç vaxt danışmadığı hadisədən yazıb:

O, əvvəlcə İstanbulun yeni bələdiyyə sədrini təbrik edib: "Seçkidən 1 il əvvəl onun yanına getmişdim. Bəylikdüzündə cinsi istismara məruz qalan qızımıza və ailəsinə dəstək istəmişdik. Həmişə yanlarında oldu, ailəyə ev tapdı. Sağ olsun".

teleqraf

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR