Hindistanla ABŞ arasında nəhəng müqavilə

Hindistan yaxın 2-3 il ərzində ABŞ-la hərbi-texniki əməkdaşlıq sahəsində 10 milyardlıq müqavilə imzalamağı planlaşdırır.

Bu barədə "Tayms of İndia" informasiya yayıb.

Məlumata görə, imzalanması nəzərdə tutulan sənədlər arasında ən vacibi 10 ədəd P-8İ dəniz patrul təyyarəsinin alışı üçün bağlanacaq 3 milyardlıq müqavilə olacaq.

Bundan əlavə, ABŞ-dan 24 ədəd MH-60, 6 ədəd "Apaçi" helikopterinin, həmçinin paytaxtın mühafizəsi üçün HHM sisteminin alınması məsələsi gündəmdədir.

axar

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR