"Son hadisələrin kimin marağında olmasını təxmin etmək çətin deyil" - Gürcüstan prezidenti

Gürcüstan prezidenti Salome Zurabişvili ölkədəki vəziyyətlə bağlı akkreditasiyadan keçmiş diplomatik korpusun nümayəndələri ilə görüş keçirib.

Görüşdə ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Polşa, İtaliya, Hollandiya, Estoniya, Litva, Bolqarıstan səfirləri, Avropa İttifaqı nümayəndə heyətinin rəhbəri iştirak edib.

S. Zurabişvili bildirib ki, cəmiyyətdəki qütbləşməni azaltmaq və ictimai narazılığı aradan qaldırmaq məqsədi ilə bütün siyasi qüvvələrlə əməkdaşlıq etməyə hazırdır. O qeyd edib ki, regiondakı qeyri-stabilliyin və Gürcüstandakı son hadisələrin kimin marağında olmasını təxmin etmək çətin deyil. 

apa

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR