Rus xüsusi təyinatlısını öldürən erməni yoxa çıxıb – DETALLAR

Moskva vilayətinin Putilkovo kəndində baş verən hadisə iştirakçılarından biri qaçıb.

Məlumata görə, yoxa çıxan şəxsin atası Romik Hayrapetyan polisə müraciət edərək, oğlunun axtarışa verilməsini xahiş edib.

"Keçmiş xüsusi təyinatlının qətlində ittiham edilən Hovhanes Hayrapetyan hadisə zamanı odlu silah yarası alıb. Onun aldığı xəsarətlərdən öldüyü istisna edilmir. Ola bilər ki, onu həbs ediblər, lakin gizlədirlər. Ola bilər ki, istintaq orqanları ictimai marağın azalmasını gözləyirlər. Xəsarətləri gizlətmək mümkünsüzdür. Bu baş verənlərin təsəvvürünü tamamilə dəyişir", - deyə Harapetyanın vəkili Karen Nersisyan "Moskovski komsomolets" nəşrinə verdiyi müsahibəsində deyib.

Vəkil bildirib ki, yalnız Hayrapetyanda silah olduğuna görə, ölən xüsusi təyinatlıya o, atəş açıb. Hayrapetyan baş verən hadisədə qardaşları Hamlet və Hrantla birlikdə iştirak edib. Onlar Hrantın ad gününü qeyd edirmiş. Hamlet və Hrant hazırda həbs edilib.

Qeyd edək ki, sözügedən hadisə nəticəsində keçmiş xüsusi təyinatlı Nikita Belyankin ölüb.

ordu.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR