Tramp İrana zərbə endirmək əmrini geri götürüb

ABŞ prezidenti Donald Tramp İran  İslam Respublikasına zərbə endirilməsi barədə göstəriş verib, lakin sonradan onu geri götürüb.

Olaylar.az bildirir ki, bu barədə "The New York Times" qəzeti yazıb.

Amerika lideri əvvəlcə İranda kiçik sayda hədəflərə, xüsusilə də, radiolokasiya stansiyası və raket batareyalarına zərbə endirilməsi barədə göstəriş verib. Sonradan bu planlar ləğv edilib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İran silahlı qüvvələrinin Amerikaya məxsus pilotsuz aparatı vurmasından dərhal sonra zərbə qərarı vermişdi.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR