Paris Olimpiya Oyunları zamanı uçan taksilərdən istifadə ediləcək

Fransanın Paris şəhərində 2024-cü ildə keçirilməsi planlaşdırılan Olimpiya Oyunları zamanı uçan taksilərdən istifadə olunacaq. 

Olaylar.az Report-a istinadən xəbər verir ki, bu barədə Fransanın nəqliyyat naziri Elizabet Born məlumat verib. 

Onun sözlərinə görə, uçan taksilərdən yarışlar zamanı istifadə onların ətraf mühitə zərərsiz və ictimai nəqliyyat növünə uyğun gəlib-gəlmədiyini sınamaq üçün bir imkan olacaq.

Qeyd edək ki, layihə Paris aeroportu (ADP) tərəfindən Paris-Burje beynəlxalq aeronavtika və fəza sərgisində təqdim edilib. Uçan taksiləri qəbul edəcək aeroportun adı ilin sonunda açıqlanacaq. Nəqliyyat vasitəsi üçün portun tikilişi 18 aya və 10 milyon avroya başa gələcək. Layihənin reallaşması məqsədilə Paris aeroportu artıq Fransanın "Airbus" şirkəti ilə əməkdaşlığa başlayıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR