Tiflisdə etirazlar: Hökumətə bir saat vaxt verildi

Gürcüstan parlamentinin binasının qarşısında Parlamentlərarası Pravoslavlıq Assambleyasına qarşı keçirilən aksiyada Rusiya Prezidenti Vladimir Putinin fotosu yandırılıb.

Bu barədə informasiyanı Gürcüstan mətbuatı yayıb. Etirazçılar təcili olaraq assambleyada iştirak edən rus deputat Sergey Qavrilovun ölkəni tərk etməsi gərəkdiyini bildiriblər.

Parlamentdə baş verən skandala boz kardinal Bidzina İvanişvili də reaksiya verib. O, vətəndaşların etirazlarını anladığını və onları dəstəklədiyini bildirib. İvanişvili rus deputatın parlamentdə spikerin yerində oturmasının qəbuledilməz olduğunu deyib. O, parlamentin sədri ilə bu məsələni müzakirə etdiyini, sərt mövqe ortaya qoyduğunu və ondan iclasın dərhal dayandırılmasını tələb etdiyini vurğulayıb.

axar

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR