Erməni generalın həbsi haqqında qərar qüvvədə saxlanılıb

Ermənistanın apelyasiya cinayət məhkəməsi erməni parlamentinin sabiq deputatı general Mihran Poğosyanın vəkilinin şikayətini rədd edib. Bununla da məhkəmə Mihran Poğosyanın həbs edilməsi haqqında birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Olaylar.az Ordu.az-a istinadən  xəbər verir ki, bu barədə məhkəmə administrasiyasından erməni KİV-lərinə məlumat verilib.

Mihran Poğosyon ofşor işi üzrə təqsirləndirilən şəxs kimi külli miqdarda vəsaiti mənimsəmək və səlahiyyət həddini aşmaqda ittiham edilir. Onun həbs edilməsi haqqında vəsadət aprelin 13-də məhkəməyə təqdim edilib, aprelin 15-də isə təmin edilib.

Poğosyan Rusiya Federasiyasında aşkar edilərək saxlanılıb, daha sonra həbs edilib. Onun barəsində çıxarılan həbs qərarı dəyişdirilərək ev dustağı kimi qalmasına şərait yaradılıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR