Banklar çoxmilyonlu fırıldaqçılıqda ittiham olunur

İtaliya bankları çoxmilyonlu fırıldaqçılıqda ittiham olunurlar

Olaylar.az bildirir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Qalmaqalın mərkəzində İtaliyanın bir neçə bankı və almaz brokeri tərəfindən yaradılan "almaz karteli" dayanır.

"İtaliyanın ən böyük bankları və Banca Aletti şirkəti IDB brokeri ilə müqavilə imzalayıblar". IDB bankların vasitəçiliyi ilə almazların satışı ilə məşğul olub. Bunun müqabilində, broker bütün pulları bankların səhmlərinə yönləndirməli idi.

İtaliyanın qanunvericiliyinə görə, tərəflərdən biri öz mövqeyindən maraqlarına uyğun istifadəetdikdə, bu korrupsiya hesab olunur. IDВ-in səlahiyyətliləri istintaq altındadırlar.

Cəza tədbiri kimi banklara qarşı 161 milyon avroluq cərimə və fəaliyyətin müvəqqəti olaraq dayandırılması tədbirləri görülə bilər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR