Qırğızıstanın keçmiş prezidentinin toxunulmazlığı ləğv oluna bilər

Qırğızıstanda xüsusi deputat istintaq komissiyası keçmiş president Almazbek Atambayevin hakimiyyət səlahiyyətlərindən sui-istifadə faktlarını aşkarlayıb.

Yerli "24.kg" nəşri xəbər verir ki, bunu iyunun 21-də Qırğızıstan parlamentinin xüsusi komissiyasının sədri Kanıkbek İmanaliyev bildirib.

Onun sözlərinə görə, Almazbek Atambayev prezident olduğu zaman rəqiblərinə qarşı siyasi repressiya tətbiq edib: "O, səlahiyyətlərindən istifadə edərək söz azadlığını məhdudlaşdırıb, məhkəmə hakimlərinin işinə mane olub. Bunlar sənədlərlə təsdiqlənib. Komissiya hesab edir ki, hakimiyyət səlahiyyətlərindən sui-istifadə hallarından şübhələnmək üçün əsaslar var".

Bildirilib ki, komissiya bütün sənədləri araşdırdıqdan sonra işi Baş Prokurorluğa təhvil verəcək.

Qeyd edək ki, parlament keçmiş prezidentin toxunulmazlığının ləğv edilməsi üzrə xüsusi deputat komissiyası yaradıb. Komissiya Almazbek Atambayevin korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə üzrə cinayət işini Baş Prokurorluğa təqdim etməlidir.

Almazbek Atambayev Tarix muzeyinin yenidən qurulması, ölkə paytaxtı Bişkekdə İstilik Elektrik Mərkəzinin müasirləşdirilməsi, "qanuni oğru" Əziz Batukayevin azadlığa buraxılması, ev tikmək üçün sahə almaqda ittiham olunur.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR