Məşhur müğənni özünə qəbir aldı

Rusiya estradasının böyük ulduzu Alla Puqaçova ölümü haqda düşünməyə başlayıb. Rusiya mətbuatının yazdığına görə, məşhur müğənni özünə qəbir alıb.Oxu24.com xəbər verir ki, Puqaçova Kuzminsk məzarlığında qardaşının qəbrinin yanındakı yerin pulunu verib. Bu haqda hətta НТВ telekanalındakı verilişlərdən birində də danışıblar. Kanalın verdiyi məlumata görə, heykəltəraşlar qəbirdaşı üçün eskizlər üzərində işləyir.
 Alla Puqaçova
Həmin qəbiristanlıqda müğənni Şura da özünə yer alıbmış. Onun dediyinə görə, qəbir yeri və qəbirdaşı dostunun ad günü hədiyyəsidir.

Digər məşhur müğənni İosif Kobzon başqa qəbiristanlıqda özünə əvvəldən yer hazırlatmışdı. O, ağır xəstəlikə tutulması haqda biləndə dərhal belə addım atmışdı. Kobzonun anası da oğlunun yer aldığı Vostryakovsk qəbiristanlığında dəfn olunmuşdu.

Bundan əvvəl Puqaçovanın İsraildə qəbir aldığı söylənilirdi.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR