“Facebook”-un moderatoru iş yerində stressdən vəfat edib

The Verge "Facebook"-un moderator-tərkibi üzrə yeni araşdırma aparıb.Əgər keçən dəfə jurnalistlər əməkdaşların işinin psixi sağlamlıq və həyat üçün təhlükəli olduğu qənaətinə gəlmişdilərsə, bu dəfə onlar artıq moderatorun birbaşa iş yerində ölüm halı ilə qarşılaşıblar.

Kit Atli 2018-ci ildə ürək tutmasından vəfat edib. Atlinin həmkarları The Verge-ə bildiriblər ki, o, 2018-ci ilin 9 martında iş stolu arxasında yıxılıb. Onlar Kitə ürək masajı ediblər,çünki ofisdə defibliyator olmayıb. Atli xəstəxanaya yeləşdirildikdən sonra dünyasını dəyişib. Araşdırmada göstərilir ki, 42 yaşlı moderator iş yerində güclü strress yaşayıb. Lakin The Verge iş şəraitinin buna yeganə səbəb olması faktını təsdiqləmir.

Kit Atli vizual məzmunun moderasiyası ilə məşğul olub (foto, video, illustrasiyalar), onlarda da ölüm və işgəncə səhnələri yer alıb.O, Tamp ( Florida) şəhərində yerləşən Cognizant şirkətinin "Facebook" podratçı ofisində işləyirdi. Jurnalistlərə görə, bura Şimali Amerikada iş şəraitinə görə ən pis moderator ofisidir.

Əməkdaşlardan biri bildirib ki, moderatorlar 15-30 dəqiqə zorakılıq və ölümlə bağlı videolara baxmağa məcbur olurlar. O, ofisin atmosferini qorxu filmləri ilə müqayisə edib.

Fevralda The Verge , elə həmin Cognizant podartçısının Arizona ofisində "Facebook" moderatorlarının işi ilə bağlı araşdırmanın birinci hissəsini dərc edib. Həmin vaxt əməkdaşlar bildiriblər ki, travma sonrası sindromun artmasından əziyyət çəkirlər və sui-qəsd nəzəriyyəsinə inanmağa başlayırlar.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR