Yeni Zelandiya bu silahı əhalidən alır - Unikal addım

Yeni Zelandiya hökuməti əhalidən yarımavtomatik silahları almaq niyyətində olduğunu açıqlayıb.

Bu məlumatı "Nyu Zeland Herald" qəzeti yayıb.

Hökumətin bunun üçün 136 milyon dollar ayırmaq niyyətində olduğu bildirilib. Bu vəsaitin 124 milyon dollarının silah alışı, 12 milyon dollarının isə silah toplanılması üçün ayrılacağı vurğulanıb. Silah toplanılmasının dekabrın 20-nə qədər davam edəcəyi ehtimal edilib.

Qeyd edək ki, martın 15-də Zelandiyanın Kraystçerç şəhərindəki iki məsciddə baş verən teraktdan sonra ölkədə bütün silahlara qadağa qoyulub.

axar

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR