Ərdoğan: Mursini öldürüblər

Misirin sabiq prezidenti Məhəmməd Mursi məhkəmə zalında tibbi yardım göstərilmədiyi üçün ölüb.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, M.Mursi 20 dəqiqə məhkəmə zalında çabalayıb:

"Səlahiyyətli şəxslər isə vəziyyətə müdaxilə etməyib. Mursi təbii ölümlə ölməyib, o öldürülüb. Türkiyə bu məsələni izləyəcək".

R.T.Ərdoğan vəd edib ki, Misir hökumətinin beynəlxalq tribunal qarşısında cavab verməsi üçün əlindən gələni edəcək.

trend

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR