“Vermirik” – Çexiyadan Ermənistana rədd cavabı

"Çexiya hələlik Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın qardaşı oğlu Narek Sərkisyanı İrəvana ekstradisiya etməyəcək".

Bunu Ermənistanın baş prokuroru Artur Davtyan deyib.

Onun sözlərinə görə, Ermənistan hökuməti Narek Sərkisyanın qarşı tərəfə təhvil verilməsi ilə bağlı Çexiyadan məlumat almayıb.

Ermənistan KİV-də yayılan məlumata görə, Çexiya Ədliyyə Nazirliyi Sərkisyanın qardaşı oğlunu Ermənistana təhvil verməkdən imtina edib.

Narek Sərkisyan keçən il saxta Qvatemala pasportu ilə Çexiyaya keçməyə cəhd edərkən həbs edilib.

O, bundan başqa dövlətə məxsus pulları mənimsəməkdə ittiham olunur.

teleqraf

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR