Aeroportda bayraq qalmaqalı, ərəblərdən üzr istədi

Əslən Fələstindən olan dünyaca məşhur model Bella Hadidin instaqramda paylaşdığı foto qalmaqala səbəb olub.  Belə ki, podium ulduzu hava limanında ayağının şəklini çəkərək sosial şəbəkədə yayıb. 

"Qafqazinfo" xəbər verir ki, fotolarda Bellanın ayağının altında olan təyyarələrin quyruğunda Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanın bayraqları əks olunub. 

Hadidin bu addımı "bayraqları tapdalamaq" kimi başa düşülüb və model irqçilikdə ittiham olunub. Bu səbəbdən #BellaHadidIsRacist həştağı ilə sosial mediada etiraz kampaniyası başladılıb. 

"Sosial şəbəkələrdən nifrət yaymaq üçün istifadə etmirəm. Ailəm müsəlmandır və ərəbləri çox sevirəm, diqqət edirəm. Onları alçaltdığımı düşünən hər kəsdən, Ərəbistan və BƏƏ-dən üzr istəyirəm", - deyə Bella mövzu barədə açıqlamasında bildirib. 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR