Qazaxıstanda 4 min insan saxlanılıb

"Saxlanılan şəxslərdən 3 min nəfərə xəbərdarlıq edilərək sərbəst buraxılıb"

9 iyunda Qazaxıstanda keçirilən prezident seçkilərindən bugünə qədər ölkədə nəticələrə etiraz edən təxminən 4 min insan saxlanılıb.

Bu barədə ölkənin Daxili işlər naziri Yerlan Turqumbayev bildirib.

"Saxlanılan şəxslərdən 3 min nəfərə xəbərdarlıq edilərək sərbəst buraxılıb. 677 nəfər inzibati məsuliyyətə cəlb edilib, 305 nəfər cərimələnib", - deyə nazir vurğulayıb.

O, kütləvi aksiyalarda 300-dən çox polis əməkdaşının yüngül xəsarət aldığını, onlardan altısının hazırda xəstəxanada müalicə olunduğunu sözlərinə əlavə edib.

Qeyd edək ki, 9 iyun seçkilərində 70,76 faiz səslə Kasım-Jomart Tokayev qalib gəlib. Alma-Ata və Nur-Sultanda seçkilərin nəticələrinə etiraz olaraq razılaşdırılmamış aksiyalar keçirilib.(qafqazinfo.az)

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR