ABŞ-ın Ukraynadakı səfirliyinə binada bombanın olması ilə bağlı məlumat daxil olub

ABŞ-ın Ukraynadakı səfirliyinə binada bombanın olması ilə bağlı məlumat daxil olub.

APA-nın xəbərinə görə, bu barədə səfirliyin rəsmi "Twitter" səhifəsində bildirilib.

"ABŞ-ın Kiyevdəki səfirliyi binada bombanın olması ilə bağlı məlumat alıb və bu hadisəni araşdırır", - deyə səfirliyin "Twitter" səhifəsində qeyd olunub. Amerikalı diplomatlar vətəndaşlara ABŞ-ın Ukraynadakı səfirliyini ziyarət etməməyi məsləhət görüb.

Qeyd edək ki, bu gün ABŞ-ın Ukraynadakı səfirliyinə yeni müvəqqəti işlər vəkili Vilyam Teylor gəlib. V.Teylor 2006-2009-cu illərdə ABŞ-ın Ukraynadakı səfiri vəzifəsini icra edib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR