Tramp öskürən şəxsi otaqdan qovdu – Gözlənilməz qərar

ABŞ prezidenti Donald Trampın özünə məxsus vergi borcu haqqında verdiyi açıqlama zamanı gözlənilməz hadisə baş verib.

Tramp Ağ Evdə baş tutan müsahibə zamanı öskürən şəxsi otaqdan qovub. Belə ki, "ABC" kanalının jurnalisti Corc Stefanpolosun "This Week" (Bu həftə) proqramı üçün açıqlama verən Trampın "bəlkə bir gün yayımlayaram" dediyi vergi borcunun "nə qədər fantastik olduğunu", lakin vəkillərinin bunu yayımlamasına icazə vermədiyini qeyd etdiyi anda ofisdə olan şəxslərdən birinin öskürdüyü eşidilib.

Verilən məlumata görə, səslərdən narahat olan Tramp öncə cavabını təkrarlamağa çalışıb, lakin öskürək səsi davam etdikdə "cümləmin ortasında öskürür, bu xoşuma gəlmədi" ifadələrini işlədib və sözügedən şəxsin otaqdan çıxarılmasını istəyib. Stefanpolos ofisdən çıxarılan şəxsin Ağ Ev katibinin müavini Mik Mulvani olduğunu qeyd edib.

Tramp isə sözügedən məsələ haqqında "öskürəcəksənsə otaqdan çıx, burada öskürə bilməzsən" - deyə qeyd edib.

primetime

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR