Daşnaklar Paşinyana qarşı ortaq axtarır: Çarukyanla görüş

Daşnaksütyun Partiyasının təşəbbüsü ilə Çiçəklənən Ermənistan Partiyası ilə görüş keçirilib.

Bu məlumatı "Verelq.am" saytı yayıb. Sayt görüşdə ölkə daxilindəki vəziyyət, eləcə də Qarabağ məsələsinin müzakirə edildiyini bildirib.

Daşnaksütyun Partiyası tərəfindən görüşə İşxan Saqatelyan, Arsen Ambartsumyan, Arçvik Minasyan, Çiçəklənən Ermənistan Partiyası tərəfindən isə Qagik Çarukyan, Vahe Enfiacyan və Gevork Petrosyan qatılıb.

Qeyd edək ki, Çiçəklənən Ermənistan Partiyası hazırda Ermənistanın ana müxalifəti sayılır. Partiya parlamentdə ikinci ən böyük mandat sayına malik siyasi qüvvədir.

Daşnaklar isə parlamentə düşə bilməyiblər. Üstəlik, onlar hazırda özlərini Paşinyan hökumətinə ən sərt müxalif qüvvə kimi təqdim edirlər.

Daşnaklar həmçinin Paşinyan hökumətinin Ermənistanı məhvə apardığını və Qarabağı satmağa hazırlaşmasıyla bağlı aktiv təbliğat aparırlar.

axar

Rusiyalı səfirə “Ermənistanın daxili işlərinə qarışma!” deyildi

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR