Prezident oğluna yüksək vəzifə verdi

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov oğlunu ölkənin mərkəz-cənub bölgəsindəki Ahal regionunun qubernatoru təyin edib.

Haqqında iyunun 17-də bildirilmiş bu təyinat 37 yaşlı Serdar Berdiməhəmmədovun atasının varisi kimi hazırlanmasına dair çoxdan dolaşan şayiələri daha da möhkəmləndirib.

61 yaşlı Q.Berdiməhəmmədov Türkmənistana avtokrat sələfi Saparmurat Niyazov 2006-cı ildə vəfat edəndən bəri prezidentlik edir.

Hökumətin tənqidçiləri və insan haqları qrupları Türkmənistanda insan haqlarının kobud şəkildə pozulduğunu və fərqli düşüncənin boğulduğunu deyirlər.

Bu ilin yanvarında Berdiməhəmmədov yeganə oğlunu İran və Əfqanıstanla həmsərhəd Ahal rayonunda qubernator müavini təyin etmişdi.

Bundan əvvəl o, xarici işlər nazirinin müavini təyin olunmuşdu.

Daha əvvəl isə oğul Berdiməhəmmədov Xarici İşlər Nazirliyində çalışmış və ölkənin həyatında heç bir əhəmiyyətli rol oynamayan parlamentin üzvü olmuşdu.

Serdar Berdiməhəmmədov habelə Türkmənistan XİN-də informasiya şöbəsinin müdiri idi.

Prezident Q.Berdiməhəmmədovun yeganə oğlundan başqa, üç qızı da var.  /Modern.az/

Mursi öldürüldü - BMT-yə ŞOK ÇAĞIRIŞ

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR