Azərbaycanlıya Putinin fəxri fərmanı təqdim edildi

Krasnoyarsk diyarının qubernatoru Aleksandr Uss həmvətənimiz, Krasnoyarsk Şəhər Deputatları Sovetinin deputatı Taleh Mahmudova Rusiya Prezidentinin Fəxri Fərmanını təqdim edib.

Krasnoyarsk diyarında bu regionun fərqlənmiş sakinlərinə Rusiyanın dövlət təltiflərinin təqdim edilməsi mərasimi keçirilib. Təltif olunanlar arasında bizim həmvətənimiz, Krasnoyarsk diyarının Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Krasnoyarsk Şəhər Deputatları Sovetinin deputatı Taleh Mahmudov da olub. T.Mahmudov əməkdə qazandığı uğurlara, səmərəli ictimai fəaliyyətinə və çoxillik namuslu əməyinə görə Rusiya Federasiyası Prezidentinin Fəxri Fərmanına layiq görülüb.

Taleh Mahmudov 1961-ci ildə Azərbaycanın Ağsu rayonunda anadan olub. Krasnoyarsk Dövlət Mühəndis-İnşaat İnstitutunu bitirəndən sonra həmin diyarda yaşayır.

axar

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR