Casus şəbəkəsi çökdürüldü - İran hökumətinə ağır zərbə

Tvitter sosial şəbəkəsi İran hökumətinə bağlı olan mütəşəkkil dəstələrə məxsus minlərlə istifadəçi səhifəsini bağlayıb.

Sosial şəbəkənin saxta məlumatların silinməsi istiqamətində həyata keçirdiyi növbəti əməliyyatda İran hökumətinə məxsus və ona bağlı olduğu bildirilən 4 min 779 istifadəçi səhifəsi bloklanıb.

Bundan başqa, Tvitter bu günə qədər İranda kiber hücumlarla bağlı fəaliyyət göstərən minlərlə digər istifadəçi səhifələrini də bağlayıb.

Sosial şəbəkənin yaydığı məlumatda bildirilir ki, yeni addımlar çərçivəsində Sankt-Peterburq şəhərində yerləşən və saxta profillər yaradan İnternet Araşdırmaları Mərkəzinə məxsus 4 istifadəçi səhifəsi blok edilib.

Bloklanan İran hökumətinə məxsus səhifələrin əsas məqsədi sosial şəbəkədən istifadə etməklə, kiber hücumlar təşkil etmək və saxta məlumatlar yaymaq olub.

teleqraf

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR