Türkiyədə əsgərlik müddəti 6 aya endirilir

Türkiyədə əsgərlik müddəti 6 aya endirilə bilər.

Hürriyət Azərbaycan xəbər verir ki, bu barədə təklif AK Partiya İstanbul millət vəkili Şirin Ünalın imzalamasından sonra Türkiyə Böyük Millət Məclisinə təqdim edilib.

Yeni qayda qüvvəyə minərsə Türkiyədə məcburi əsgərlik müddəti 1 ildən 6 aya endiriləcək.

Eyni zamanda yeni qanunla əsgərlik prosedurunun normativlərini pozan şəxslərin prokurorluq vasitəsiylə cəzalandırılması da nəzərdə tutulub./yenicag

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR