Honkonqda kütləvi aksiyalara görə bütün hökumət binaları bağlandı

Çinin Honkonq xüsusi inzibati rayonunun mərkəzi hissəsində yerləşən bütün hökumət binaları səlahiyyətli şəxslərin qərarına əsasən, bu gündən etibarən bağlanıb.

Bu qərarın verilməsinə səbəb Honkonqda 1 milyondan çox insanın ədalətdən gizlənən şübhəli şəxslərin ekstradisiyası haqqında qanunda düzəliş edilməsinə etiraz olaraq bir neçə gündür keçirdiyi kütləvi aksiyalar olub. 

Aksiyalar iyunun 12-də günortadan sonra yenidən artıb, şəhər küçələrində kərpic və metal manelərdən barrikadalar qurulub. Polis sabitlik yaratmaq üçün gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib.

Honkonq meri Kerri Lam nümayişləri qınayaraq sakinləri şəhərdəki həyatı normallaşdırmağa çağırıb.

qafqazinfo

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR