Baş prokuror Zelenskiyə qarşı – “Vəzifəmdən getməyəcəm”

Ukrayanın Baş prokuroru Yuri Lutsenko vəzifəsini tərk etməkdən imtina edib.

"Qafqazinfo" xəbər verir ki, Lutsenkonun sözlərinə görə, onun işdən çıxarılması ilə bağlı parlamentə göndərilən təqdimat qeyri-qanunidir.

"Məni işdən azad etmək üçün ərizəm və ya Ali Rada deputatlarının mənə olan etimadsızlığı tələb olunur", - deyə Lutsenko bildirib.

Baş prorkuror onu da əlavə edib ki, deputatlar heç vaxt onun vəzifəsindən kənarlaşdırılmasına səs verməyəcək.

Xatırladaq ki, bir müddət əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Baş prokuror Yuri Lutsenkonu vəzifəsindən azad edilməsi haqda parlamentə təqdimat göndərmişdi.

Putindən Zelenskiyə şok çağırış: "Qaçılmazdır..."

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR