Helsinki özünə “gecə meri” seçəcək

Finlandiyanın paytaxtı Helsinkidə gecə həyatı ilə məşğul olan mer seçiləcək.

"Euro-pulse" xəbər verir ki, bu vəzifəyə seçkilər yaxın vaxtda baş tutacaq, onun səlahiyyət müddəti isə 2021-ci ilin axırınadək olacaq.

Sorğu nəticəsində bəlli olub ki Helsinki əhalisi gecələr işləyən sosial obyektlərin azlığından şikayətlənir. Respondentlər hesab edirlər ki, gecə əyləncələri də bir məkanda toplansa daha yaxşı olar - bu gecələr yatan insanları narahat etməz.

Avropada ilk gecə meri 2012-ci ildə Amsterdamda seçilib. Zaman keçdikcə bu yeniliyi dünyanın bir çox iri şəhərləri mənimsəyib - bu London, Paris, San-Fransisko, Sidney və digərləridir.  

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR