Paşinyan pulunu kəsdi: Qarabağdakı düşməni istefa verir

Qarabağ separatçılarının "təhlükəsizlik şurası"nın katibi Vitali Balasanyan istefaya gedir.

Bu məlumatı "Arminfo" saytı öz mənbələrinə istinadən yayıb. Sayt istefanın bu gün gerçəkləşə biləcəyini bildirib.

Balasanyanın istefasının onun Nikol Paşinyan və İrəvanın ünvanına səsləndirdiyi sərt ifadələrlə bağlı olduğu vurğulanıb. Belə ki, onun istefasını Bako Saakyandan şəxsən Paşinyan tələb edib.

Saytın başqa mənbəsi isə Balasanyanın "prezident seçkisində" iştirak üçün istefaya getdiyini bildirib.

Qeyd edək ki, daha öncə Balasanyanın istefaya getməməsi səbəbindən Paşinyan hökumətinin Qarabağ separatçılarına maliyyə dəstəyi göstərməkdən imtina etdiyi barədə xəbər yayılmışdı.

axar

Frans 24-ün jurnalistləri Bakıdan iznsiz Qarabağda

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR