“Qolos” iştirakçısının meyiti tapılıb

"Qolos" (Rusiya) mahnı müsabiqəsinin iştirakçısı Aleksey Safiulin öz mənzilində ölü aşkarlanıb.

Bu barədə "StarHit" məlumat yayıb.

Rəsmi ölüm səbəbi hələlik məlum deyil. Ailə dostunun dediyinə görə, 44 yaşlı Safiulin iyunun 9-a keçən gecə vannada boğulub.

Artistlə vida günü iyunun 13-ə təyin olunub. Müğənni evli olub və iki övladı olub.

Safiulin Moskva Filarmoniyası və Mariin teatrının artisti kimi şöhrət qazanıb. Qeyd edək ki, o, "Qolos" teleşousunun altıncı mövsümünün iştirakçısı idi.

 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR