Mərkəzi su basdı, musiqiçilər “Titanik” mahnısı çaldı

Meksikada ticarət mərkəzlərindən birini su basarkən, musiqiçilərin "Titanik" filminin məşhur mahnılarından birini çalması sosial mediada maraqla qarşılanıb.

Hadisə Meksikanın Quadalajara şəhərindəki ticarət mərkəzlərindən birində baş verib.

Tavanından su axan mərkəzin ortasında qurulan səhnədəki musiqiçilər "Titanik" filminin populyar "My Heart Will Go On" adlı mahnısını ifa edib.

Görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Rəylərdə istifadəçilər "Titanik" batarkən musiqi ifa edənlər" və s. bənzətmələr yazıblar.

teleqraf

İtaliyada güclü partlayış olub – Şəhər meri ölüb

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR