Tramp imperatorun qonağı oldu

ABŞ prezidenti Donald Tramp Yaponiyanın yeni imperatoru Naruhito ilə görüşüb.

Prezident həyat yoldaşı Melaniya Trampla birlikdə impertora qonaq olub.

Paytaxt Tokioda yerləşən İmperator sarayında baş tutan görüşdə imperatriçə Masako da iştirak edib.

Toplantıda iki ölkə arasındakı diplomatik münasibətlərin əhəmiyyəti vurğulanıb. Liderlər görüşdən sonra bir-birilərinə müxtəlif hədiyyələr təqdim ediblər.

Qeyd edək ki, Tramp ailəsinin səfəri 4 günlük nəzərdə tutulub.

publika

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR