Odessada qiyam: 15 məhbus qaçdı, qarşıdurma gedir

Odessanın 51 saylı ümumi rejimli Cənub cəzaçəkmə müəssisəsində iğtişaş baş verib.

Bu barədə Ukrayna mətbuatı yazıb.

"Bina yanır, kütləvi qaçış baş verib, girovlar və bir neçə məhbusun ölümü barədə məlumatlar var", - "Dumskaya.net" nəşri qeyd edib.

Məhbuslar şəraitin ağırlığına görə qiyam qaldırıblar. Qiyama 100-dən artıq məhbus qoşulub. Hazırda xüsusi təyinatlı polis qüvvələrinin sərt şəkildə qiyama müdaxilə etdiyi bildirilir.

Müxtəlif mənbələr 15-ə qədər məhbusun qaçdığını qeyd edir.

axar

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR