İstanbulda yanğın – ölən və yaralananlar var

Türkiyənin İstanbul şəhərinin Kadıköy ilçəsində Fikirtepe məhəlləsindəki yaşayış binalarından birində yanğın baş verib.

Olaylar.az bildirir ki, yanğın səhər saatlarında binanın damında meydana gəlib.

Sürətlə böyüyən yanğın ətrafdakı binalara da yayılıb.

Hadisə zamanı iki nəfər həyatını itirib, bir neçə nəfər tüstüdən zəhərlənib.

Yanğın qısa müddətdə lokallaşdırılıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR