Peruda zəlzələ dağıntılar törətdi, zərərçəkənlər var- Yeniləndi

Perunun şimalında baş verən 8 bal gücündə zəlzələ bir sıra dağıntılar törədib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, fövqəladə hallar üzrə milli mərkəzin yaydığı məlumata görə, 15-dən çox bina dağılıb. Zərərçəkənlər var, lakin onların sayı hələlik məlum deyil.

Məlumata görə, zəlzələ ölkə şəhərlərinin əksəriyyətində hiss olunub. San-Martin və Loreto regionlarında çoxlu bina zədələnib. Xəstəxanalardan birinin pasiyentləri təxliyə edilib. Bəzi şəhərlərdə elektrik təchizatı pozulub. Peru prezidenti Martin Viskarra sakinləri sakitliyi qorumağa çağırıb.

Xatırladaq ki, bu gün yerli vaxtla səhər saatlarında baş verən zəlzələnin episentri San-Martin regionundakı Lagunas şəhərindən 83 kilometr cənub-şərqdə, ocağı isə 105 kilometr dərinlikdə yerləşib.

*   *   *12:56

Peruda güclü zəlzələ olub.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, bu barədə ABŞ-ın Geoloji xidməti məlumat yayıb.

Bildirilir ki, 7,5 maqnitudalı yeraltı təkanların episentri Laqunas şəhərindən 85 kilometr aralıda yerləşib.

Dağıntı və tələfat haqqında məlumat yoxdur.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR