Zelenski defolt elan etməlidir - Kolomoyski

Ukrayna Prezidenti Vladimir Zelenski defolt elan etməli və Beynəlxalq Valyuta Fonduna borcunu qaytarmamalıdır.

Bu barədə İqor Kolomoyski "Faynənşl Tayms" nəşrinə danışıb.

"Biz öz kreditorlarımıza Yunanıstanda olduğu kimi yanaşmalıyıq. 2015-ci ildə Afina kreditorlarla toqquşdu və BVF-yə borcunu qaytarmayan ilk ölkə oldu. Argentinada neçə dəfə defolt olub? Hər şeyi yenidən qurdular. Hər şey qaydasındadır", - Kolomoyski bildirib.

Kolomoyski Qərbə qulaq asaraq öz qərarlarını qəbul etməyəcəyi halda Zelenskinin sonunun Poroşenko kimi olacağını qeyd edib.

axar

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR