Fransanın keçmiş prezidenti Fransua Ollanda qarşı sui-qəsdin üstü açılıb

Mayın əvvəllində Fransada terror aktı planlaşdırmaqda şübhəli bilinərək saxlanan qrupun bəzi üzvləri Fransanın keçmiş prezidenti Fransua Ollanda qarşı da hücum planlaşdırıblar.

Saxlanan şəxslərdən birinin telefonunda bu şübhəyə əsas verən faktlar aşkarlanıb.

Belə ki, saxlanan beş nəfərdən birinin telefonunda keçmiş prezidentin Strazburqda bir kitab mağazasında və müxtəlif ictimai tədbirlərdə çəkilən fotoları aşkar olunub. Bu fotolar qrupunun digər üzvlərinə də göndərilib.

Yazışmalarında Fransua Ollandı Suriyada baş verən hadisələrin əsas səbəbkarı hesab edən şəxs onu "maraqlı hədəf" adlandırıb.

ona

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR